KİTABLAR.UCOZ.RU
Меню сайта
BOLMELER
Dedektiv [2]
Felsefi [8]
Mistik [6]
Senedli [4]
Komputer [1]
Dini [5]
Ingilis dilinde kitablar [6]
Sevgi [10]
Audio kitablar [5]
Idman [1]
STATISTIKA

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа
Главная » Файлы » Kitab yukle » Sevgi

Aqsin Yenisey seirler
07.02.2011, 19:37
Həmid Herisçi ilə yolüstü söhbət

Günəşin əriyib yerə töküldüyü bu şəhərin göylərindən
Hər gün ümid durnaları çığıra-çığıra uzaqlaşır
Bu qala divarlarının önündə
hər şey, hamı yalqızlaşır.
Sərin meh də sazaqlaşır!
Başını kəsirlər Sisianovun

Sanki, ilk dəfə görüşür Allahla yara.

…gec-tez dərdə çevrilir sevgi.

Qadın ilk növbədə sevgini sənədləşdirir
Allahı kağıza köçürür peyğəmbər
Əlinin qanını kağıza silir tarix,
və gələcək nəsillərə uzadır.

Gələcək nəsillər… yazıqlar… gələcəklər
Bütün köhnə əzabları yenidən çəkəcəklər.

Yaxşı insanla hər gecə
Mütləq kimsə vidalaşır, kimsə ondan uzaqlaşır.
Bu qala divarlarının dibində
vətəndən didərgin düşməyə hazırlaşan
İki şair qucaqlaşır.
Bu vaxt meh də sazaqlaşır.
Bu vaxt Allah yoxa çıxır,
bu vaxt insan yalqızlaşır.

Bu vaxt göz yaşları daha da duru,
Siqaretin tüstüsü daha da acı olur.
Tale üz çeviribsə,
Qızılgül kolu da adama dar ağacı olur.

Günəşin əriyib yerə töküldüyü bu şəhərdən
Çıx get, şair!
Başın burdakı bədənlərə ağırlıq edir.

Gecəyarı boş küçəyə suallar

İstəyərdinizmi ürəyiniz adi insan ürəyi olsun?
Yəni bir az daş.
İstəyərdinizmi gözləriniz adi insan gözləri olsun?
Yəni bir az kor.
İstəyərdinizmi adi insan kimi ağlayasınız?
Yəni hərdən, aradabir.
İstəyərdinizmi pəncərədən adi insan kimi baxasınız?
Yəni intihar etmək üçün yox.
İstəyərdinizmi küçədə adi insan kimi dayanasınız?
Yəni getməyə yeri olmayan biri kimi yox

Yoxsa elə sizdə belədir?


Buludxan

Arvadı, atı, iti, bir də çomağı vardı
Təpənin üstə qalxar, çomağına söykənər, yamacdakı ot basmış
Qəbirlərə baxardı
Buludxan.

əvvəl arvadı öldü
sonra at
sonra da it.
Həyatda söykənəsi bircə çomağı qaldı
Buludxanın.

Ağlamadı yuyulsun, çirkləndi kir oldu gözləri
O qədər bir yerə zilləndi birləşdi, bir oldu gözləri
Təpənin üstündcə lal-dinməz kor oldu gözləri
Dünya daha görünmədi
Buludxana.

Nə su içdi, nə ağzına tikə qoydu
Yeməsə də, içməsə də
Kimi ona su apardı, kimi ona kökə qoydu
Buludxanın acığına Buludxan bu kökə qoydu
Buludxanı.

Hərdən ölü zənn etdilər, gedib gördülər diridi
Təpə üstə bir çomaqdı, bir sümükdü, bir dəridi
Kişi dönüb ana oldu
Nə qədər dərd yuxuladı, nə qədər ağrı kiridi
Buludxanda.

Bir gecə şimşəklər çaxdı, göy gurladı
Və sel basdı bütün kəndi.
Gəldilər ki, aparsınlar, bircə kəlmə "gedin” dedi.
O gecə təpənin üstə
Ölümlər xacalat çəkdi, Əzrayıllar üzr istədi
Buludxandan.



Məktub

Gözlərindən ötrü darıxan var burada
Baxılmaq istəyir sənə.
Sevgidə azyaşlıdı, ayrılıqda ahıldı
Birdəfəlik rədd olmaq,
Yox olmaq istəyir sənə.


Tək-tənha şax dayanmaq yorub onu
Hardasan?
Yıxılmaq istəyir sənə.
Категория: Sevgi | Добавил: saturun
Просмотров: 3809 | Загрузок: 0 | Комментарии: 2 | Рейтинг: 3.9/16
Всего комментариев: 2
2 meleyke  
0
hiuhiuhjknutdfghjk

1 meleyke  
0
jhdfgdfhsi

Имя *:
Email *:
Код *:
Axtaris
Dost saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Copyright MyCorp © 2024Конструктор сайтов - uCoz