Ramiz Rovsen Seirler - Sevgi - Kitab yukle - Каталог файлов - kitablar
KİTABLAR.UCOZ.RU
Меню сайта
BOLMELER
Dedektiv [2]
Felsefi [8]
Mistik [6]
Senedli [4]
Komputer [1]
Dini [5]
Ingilis dilinde kitablar [6]
Sevgi [10]
Audio kitablar [5]
Idman [1]
STATISTIKA

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа
Главная » Файлы » Kitab yukle » Sevgi

Ramiz Rovsen Seirler
07.02.2011, 19:20
Bu qatarın dalınca baxma

Məni aldı səndən, getdi bu qatar,
Göydə bircə ovuc tüstüsü qaldı.
Saçında əlimin tumarı qaldı,
Ovcunda əlimin istisi qaldı.

Baxma, bu qatarın dalınca baxma,
Baxma, gözlərini yorunca, baxma.
Qaşların altında cüt yarpaq kimi
Gözlərin saralıb solunca, baxma.

Uzaqdan, yaxından keçər bu qatar,
Gecələr yuxundan keçər bu qatar.
Gülsən, gülüşünü doğrayar, biçər,
Ah çəksən, ahından keçər bu qatar.

Mən getdim, dünya ki qaldı yerində…
Dünyanın payızı, baharı qaldı.
Ovcunda əlimin istisi qaldı,
Saçında əlimin tumarı qaldı.



Uzaqlardan gələn qatar


Uzaqlardan gələn qatar
Keçdi, bizləri görmədi.
Əllərində gül dəstəsi
Duran qızları görmədi.

- Uzaqlardan gələn qatar,
Söylə, uzaqlar necədi?
Orda çiçəklər necədi,
Orda yarpaqlar necədi?

- Yarpaqları yaşıl-yaşıl,
Çiçəkləri dizdən olur.
Onların da səhər-axşam
Söz-söhbəti sizdən olur.
Bu dağın dalı dağları,
Dənizləri dəniziniz.
Onların da "uzaqlar”ı
Elə sizsizniz, sizsizniz…
Категория: Sevgi | Добавил: saturun
Просмотров: 11734 | Загрузок: 0 | Комментарии: 14 | Рейтинг: 2.5/79
Всего комментариев: 141 2 »
14  
En ramiz rovsenle elaqe yaratmaq istyrem nece yaradm

13  
umumilikde butun seirleri xoslayiram amma bezi seirler daha xususidi.Ramiz Rovseninde menimcun xususi olan seirleri var. tsk

12  
Salam men Ramiz muellimnen elaqe saxlamaq isdeyirem artiq derecede xahis edirem mene komey edin cox onemlidi

11  
Ramiz rovsenin goy uzu das saxlamaz kitabin hardan tapmaq olar???xaiw deyin de

10  
men ramiz r. le nitq soylemek isterdim

9  
Mende Ramiz rovsenle elaqe saxlamaq isterdim.

8  
Ramiz Rovsenin serleri superdi cox beyenirem

7  
Ramiz rovsen seirleri

6  
Ramiz ROvwen var ol yawa wair :)

5  
men ramiz rovsenle elaqe saxlamaq istiyirem komey edin mene xahis edirem

1-10 11-14
Имя *:
Email *:
Код *:
Axtaris
Dost saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Copyright MyCorp © 2016Конструктор сайтов - uCoz