Qəşəm Nəcəfzadə. Şeirlər - Sevgi - Kitab yukle - Каталог файлов - kitablar
KİTABLAR.UCOZ.RU
Меню сайта
BOLMELER
Dedektiv [2]
Felsefi [8]
Mistik [6]
Senedli [4]
Komputer [1]
Dini [5]
Ingilis dilinde kitablar [6]
Sevgi [10]
Audio kitablar [5]
Idman [1]
STATISTIKA

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа
Главная » Файлы » Kitab yukle » Sevgi

Qəşəm Nəcəfzadə. Şeirlər
07.02.2011, 19:28



Ev əşyaları…

Otuz illik soyuducunun əsas arzusu
Otağın o biri başına adlamaqdı.
Tırıldayır bax
Trıldamaq darıxmaqdı.

Evin içində bir addım atmaq
Ordan pəncərəyə baxmaq
Şümal bədənini hamıya göstərmək
Arzusu
ayağı kimi çürümüş artıq.

bir dəfə evin xanımı da demişdi belə
soyuducu orda yox burda yaxşıdı
sonra yaddan çıxdı hər şey.

televizor on ildi köhnə yerində
bütün verilişləri təkrar…

Paltar yuyan maşının
ən çox yuduğu corablardı
Ən boyük arzusu
bir corab qədər yerimək…

şifonerin əyilmiş ayaqları altına
təzə kağız parçası qoyulmuş
bir az şifonerə təzəlik dəymiş…

evi dəyişməsəniz də
hərdən evdə əşyaların yerini dəyişin
ev gözünüzə təzə dəysin.


Pişik

Pişik üçün yemək stolundan yuxarı
göy üzü yoxdu.

Stolun altına düşən
İnsan ayaqlarını
Pişik hər şeydən əvvəl
Nəyinsə quyruğuna oxşadar.
Pişiklərin qara ayaqqıbıların
Altında yemək tapmaq ümidi
Nə gözəl…

Yaxında kürləşən sərçələr
Sanki bir zarafatdı
Pişiklərin gözü önündə
Ölümnən nəticələnən…

Ona bax
Ayaq izləri qarın üstə elə qalır
Hərdən qayıdıb öz ayaq izlərini
Yad kimi iyləyir pişik.

Pişikdən soruşsan: insanın adı nədir?
Deyər sümük.



Əslində…

Müharibədə məğlub olmaq
Qalib gəlmək deməkdi.
əsgərlər ağlaya bilirsə əgər
göz yaşlarını yanaqlarına sərib
zəfər nəğməsini oxuyarlar…

Əslində qalib gəlməyin özü
bir aldanışdı.
Bir il beş il adlayar
Bir də görərsən
Düz çökərlər öldürdüyünün
Qarşısında qaliblər.

İstehsal edilən silahlar
Sulahsızın önündə
ağlamaqdı.
Bunu bir dəfə də olsun
Anlamadı ölkələr…



Səhər…

Səhər-səhər əl-üzümü
ağacla yudum
səhər-səhər dilimi
adamla açdım.

Özümü balaca divarla mehlədim
Alnımın tərini buludla qurutdum
Gözümün yuxusunu quşlarla yudum.

Ayağımı yolla rahatladım
Payız havasıyla dəstəmaz aldım
Sonra tamaşa qıldım
Heç vaxt görmədiyim bir səhərə…



ATƏT sayağı

Yaxşı ki, mən sənə zəng elədim
Yaxşı ki, sən də telefonu söndürdün
Yaxşı ki, mən də səbəbini soruşdum
Yaxşı ki, səndə daha məni sevmədiyini
Söylədin…
Yaxşı ki, mən səni öldürmədim
Yaxşı ki, sən də yaxına gəlmədin
Yaxşı ki, mən də səni qovmadım
Yaxşı ki, sən də qaçmadın
Yaxşı ki, mən çıxıb bu tərəfə getdim
Yaxşı ki, sən də çıxıb o tərəfə getdin.



Pis valideyn


Məktəb direktoru
məni çağırdı yanına,
Sən ən pis valideyinsən-
11-də oxuyan oğlun
qiz sevir.

Sinif rəhbəri də bir yandan,
Məktubunu tutmuşuq
Özü də şeirlə yazıb.

Yaman pis oldum
oğlumun məktubunun
tutulmağına.
Uşaqlıqdan bilirdim
ehtiyatsızdı oğlum.

Gözündən ovçu oğlum
ikili-üçlü oğlum.

Neçə-neçə dostu var,
Deyirlər hər küçənin tinində
bir postu var.

Qolları orağa oxşayan oğlum,
Telefonun yanında yaşayan oğlum,
Dərdini bacısına deyir,
Bacısı da xəbərçidi
Anasıyla əlbirdir.

Əvvəl dinləyir qəşəng – qəşəng
Sonra anasına deyir göyçək – göyçək.

Dostları xain oğlum ,
Pırpız saçlarımı götürüb özüynən
Odlu ürəyimi götürüb özüynən
Təkcə ehtiyatlı olmağımı götürməyib.

Dilin- ağzın qurusun, a xəbər verən,
Əlin – qolun qurusun,
a məktub tutan!

Dostları xain oğlum!

Utandım direktordan
Soruşmağa,
Görəsən, qız nə fikirdədir?
Категория: Sevgi | Добавил: saturun
Просмотров: 1320 | Загрузок: 0 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtaris
Dost saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Copyright MyCorp © 2016Конструктор сайтов - uCoz